Mərkəzi icra hakimiyyəti orqanlarında 30 vakant yerə işçi axtarılır

Mərkəzi icra hakimiyyəti orqanlarında 30 vakant yerə işçi axtarılır Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə və ümumi müsahibə elan edib
Sosial müdafiə
3 Noyabr , 2015 20:16
Mərkəzi icra hakimiyyəti orqanlarında 30 vakant yerə işçi axtarılır

Bakı. 3 noyabr. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası bu gündən 3 dövlət orqanında inzibati vəzifələrin V-VI təsnifatlarına uyğun olan 19 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin V-VI təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edib. Bu barədə "Report"a Komissiyadan məlumat verilib. 

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

Xatırladaq ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı bu gündən başlayaraq dekabrın 2-si saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini noyabrın 3-dən 23-nə kimi komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi