Komitə sədri: "Qadınlara qarşı törədilən cinayətlərlə bağlı hesabatlardakı rəqəmlər bir-birinə uyğun gəlmir"

Komitə sədri: "Qadınlara qarşı törədilən cinayətlərlə bağlı hesabatlardakı rəqəmlər bir-birinə uyğun gəlmir" Aqiyə Naxçıvanlı: "Ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir"
Sosial müdafiə
18 May , 2016 11:48
Komitə sədri: Qadınlara qarşı törədilən cinayətlərlə bağlı hesabatlardakı rəqəmlər bir-birinə uyğun gəlmir

Bakı. 18 may. REPORT.AZ/ "Qadınlara qarşı törədilən cinayətlərin statistikasının aparılması təkminləşdirilməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir: "Hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Hərdən başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir. Ona görə də baza təkmilləşdirilməlidir ki, statisika hamıda eyni olsun".

Son xəbərlər

Orphus sistemi