Komitə sədri: "Azərbaycanda çox güclü uşaq müdafiəsi sistemi yaradılıb"

Komitə sədri: "Azərbaycanda çox güclü uşaq müdafiəsi sistemi yaradılıb" Hicran Hüseynova: "Qarşımızda duran əsas məsələlərdən biri ailə dəstək mərkəzlərinin işinin sürətləndirilməsidir"
Sosial müdafiə
1 İyun , 2016 12:34
Komitə sədri: Azərbaycanda çox güclü uşaq müdafiəsi sistemi yaradılıb

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycanda çox güclü uşaq müdafiəsi sistemi yaradılıb".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, belə bir sistemi qurmaq tək bir qurumunun işi deyil: "Burada səhiyyə, sosial və s. problemlər var. Biz çalışırıq ki, Azərbaycanda uşaqlarının təhsildən yayınması, erkən nikah və zorakılıq halları azalsın. Qarşımızda duran əsas məsələlərdən biri ailə dəstək mərkəzlərinin işinin sürətləndirilməsidir. Təbii ki, ictimaiyyətin mövqeyi də bu işdə güclənməlidir, insanlar problemlərə biganə olmamalıdırlar".

Komitə sədri xatırladıb ki, Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi günü bütün dünyada qeyd edilir: "Dünyada uşaqların hüquqlarının qorunması ilə bağlı bir çox uğurlara nail olunsa da, bir çox ölkədə hələ də uşaqlarla bağlı problemlər var. Bizim ölkədə bu məsələ xüsusi diqqətdə saxlanılır. Azərbaycanda hər sahədə dövlət qayğısı hiss olunur".

Son xəbərlər

Orphus sistemi