Komitə sədri Astarada vətəndaşların qəbulunu keçirib

Komitə sədri Astarada vətəndaşların qəbulunu keçirib Hiçran Hüseynova fəal qadınlarla da görüşüb
Sosial müdafiə
16 Sentyabr , 2016 15:58
Komitə sədri Astarada vətəndaşların qəbulunu keçirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Astara şəhərində vətəndaşların qəbulunu keçirib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, boşanmalar, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı iştirak ediblər.

Müraciətlərin bir çoxu yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbuldan sonra H.Hüseynova fəal qadınların bir qrupu ilə görüşüb. Müzakirələr zamanı qadınları narahat edən bir çox məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi