Komitə: ​Qazaxda uşaq bağçalarında qidalanma standarta uyğun deyil

Komitə: ​Qazaxda uşaq bağçalarında qidalanma standarta uyğun deyil Nöqsanların aradan qaldırılması üçün vaxt verildiyi açıqlanıb
Sosial müdafiə
6 Aprel , 2015 16:50
Komitə: ​Qazaxda uşaq bağçalarında qidalanma standarta uyğun deyil

Bakı. 6 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apardığı araşdırma zamanı Qazax rayonundakı bağçalarda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” (AZS 747-2013) standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, faktlar Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və Azadlıq küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində apardığı yoxlamalar zamanı aşkar edilib. Yoxlama zamanı bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub. Mətbəxdə olan soyuducularun temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunduğu, istismar olunan məişət qablarının köhnəlmiş vəziyyətdə olduğu, sobanın köhnəldiyi və paslandığı, odunların uşaqların yataq otağında saxlanıldığı aşkar edilib.

Qurumun yaydığı məlumata görə, 6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqların qızdırılmasına kifayət deyil. Habelə mətbəx işçilərinin uniformayla təmin olunmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi deyilir:

"Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən, menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin bişirilmiş yeməklərin gündəlik nümünəsinin götürülmüsi zamanı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümünə 100 qramdan az olmayaraq yemək və qarnir nümünələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 C saxlanılmalıdır. Lakin nümünələr adi qablarda götürülərək soyuducuda xammalla bir yerdə saxlanılır", - Komitənin məlumatında bildirilir.

Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə iradnamə, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Son xəbərlər

Orphus sistemi