​Komissiya sədri: "Reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir"

​Komissiya sədri: "Reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir" "Bu hal reyestrdən istifadənin səmərəliliyini azaldır"
Sosial müdafiə
27 Yanvar , 2016 11:30
​Komissiya sədri: Reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir

Bakı. 27 yanvar. REPORT.AZ/ "Son illər Naxçıvan Muxtar Respublikasında müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli deyib.

O bildirib ki, reyestrin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatların toplanılması, bu məlumatların yenilənməsi və təhlil edilməsidir.

İ.Qəribli deyib ki, bütün bu görülən işlər dövlət qulluqçularının qulluqda yüksəlməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində məlumat bazasından maksimum şəkildə yararlanılmasına, zəruri hallarda müvafiq dövlət orqanlarının həmin məlumatlarla təmin olunmasına geniş imkanlar yaradır.

Komissiya sədri bildirib ki, bəzi hallarda reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir.

Onun sözlərinə görə, bu hal reyestrdən istifadənin səmərəliliyini azaldır. 

Son xəbərlər

Orphus sistemi