Komissiya sədri: "Dövlət qulluğuna qəbul tam şəffaf və obyektiv keçirilir"

Komissiya sədri: "Dövlət qulluğuna qəbul tam şəffaf və obyektiv keçirilir" "Təssüflər olsun ki, heç kim Apellyasiya Komissiyasına müraciət etmir, çünki bilirlər ki, onların şikayətləri əsassızdır"
Sosial müdafiə
9 İyul , 2015 11:25
Komissiya sədri: Dövlət qulluğuna qəbul tam şəffaf və obyektiv keçirilir

Bakı. 9 iyul. REPORT.AZ/ “Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının dövlət qulluğuna qəbul üçün keçirdiyi müsabiqələr tam şəffaf və obyektiv şəraitdə baş tutur. Əvvəllər bir çox problemlər var idi, lakin onları da tədricən aradan qaldırmışıq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulda yeni Azərbaycan modeli yaradılıb: “Yeni modeli yaradanda bir çox ölkələrin təcrübəsini öyrənmişik. Azərbaycana uyğun olan bir sıra yenilikləri bura daxil etmişik. Dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqları nəzər almaqla obyektiv və tam şəffaf qəbul prosesi həyata keçirilir. Burada başqa meyarlar nəzərə alınmır. Müsahibə komissiyalarına isə müstəqil ekspertlər daxil etmişik”.

B.Xəlilov bildirib ki, ekspertlərin tərkibində xüsusilə korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri var: “Onlar da şəxsən vətəndaşların vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmaması məsələsinə qərar verirlər. Biz müsahibələrin video çəkilişini də aparırıq. Bütün çəkilişlər isə arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından subyektiv məqamlar var.

Həmin çəkilişlər sonradan bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda isə biz həmin çəkilişlərin əsasında araşdırmalar aparırıq. Müsabiqələri çalışırıq ki, tam elektronlaşdıraq. 5 ilə yaxındır ki, test imtahanları kompüter vasitəsi ilə aparılır. Rəsmi internet səhifəmizdə bütün müsabiqə ilə bağlı, o cümlədən test bazasının, sualların mənbələri, müsahibə üçün proqramlar yerləşdirilib”.

O, həmçinin müsahibə mərhələsində komissiya üzvlərinin namizədlərə qərəzli münasibət göstərməsi ilə bağlı deyilən fikirlərə də aydınlıq gətirib: “Bizdə Apelyasiya Komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müracitə edə bilər. Təssüflər olsun ki, heç kim Apellyasiya Komissiyasına müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır. Apelyasiya Komissiyası bu məsələləri çox ciddi şəkildə araşdırır. Video çəkilişin stenoqramı təşkil olunur və ekspertlər dəvət edilir. Hansı sualların düzgün və ya səhv cavablandırılması qiymətləndirilir”.

Son xəbərlər

Orphus sistemi