Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər
Sosial müdafiə
28 Yanvar , 2015 11:19
Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 30-da Horadiz şəhərində, Muğam Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək. “Report” FHN-in saytına istinadən xəbər verir ki, qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) yanvarın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi