​“Keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara dəyişikliklər edilib

​“Keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara dəyişikliklər edilib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
Sosial müdafiə
5 İyul , 2016 01:37
​“Keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara dəyişikliklər edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarında dəyişikliklər edilib.

"Report" xəbər verir ki, qərar prezidentin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən qəbul olunub.

Dəyişikliklərə əsasən, qərarın 1. 1-ci hissədə “xərclərinin, ödənilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə” sözləri “xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi” sözləri ilə əvəz edilib.

2. 5-ci hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi