AHİK sədri: "Keçən il işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama aparılıb"

AHİK sədri: "Keçən il işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama aparılıb" Müəssisələrin 28-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb
Sosial müdafiə
27 Aprel , 2015 14:13
AHİK sədri: Keçən il işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama aparılıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Keçən il həmkarlar ittifaqları komitələri işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama həyata keçiriblər. Müəssisələrin 28-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 11 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 25,7 faiz azalıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib. 

AHİK sədrinin sözlərinə görə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əməyin mühafizəsi və təhlükəsizliyi üzrə komissiyaların üzvlərinin, ictimai əmək müvəkkillərinin və mütəxəssislərin təhsilinin gücləndirilməsi, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin keçirilməsi məsələləri getdikcə daha da aktuallaşır: "AHİK və onun üzv təşkilatları elə iş yerləri yaratmaq uğrunda mübarizə aparır ki, orada zərərli istehsal faktorları olmasın, xəsarət hallarına, peşə xəstəliklərinə yol verilməsin, ətraf mühitə mənfi təsir etməsin. Kollektiv müqavilələrin və tarif sazişlərinin tələblərinin yerinə yetirilməsi üzərində qoyulmuş ciddi nəzarət əksər hallarda sahə həmkarlar ittifaqlarına imkan verir ki, işəgötürənlərin əməyin mühafizəsi sahəsində vəzifələrini və məsuliyyətini müəyyən edən sahə üzrə norma, standart və təlimatların işlənib hazırlanmasına və onlara yenidən baxılmasına nail olsunlar".

S.Mehbalıyev bildirib ki, işçilərə normal iş şəraitinin yaradılması hüquqi normativ aktların beynəlxalq normalara uyğun qəbul olunmasına imkan verəcək, AHİK və onun üzv təşkilatları bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi