Keçən ay "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı açıqlanıb

Keçən ay "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı açıqlanıb Müraciətlərin 91,3 faizi sorğu xarakteri daşıyıb
Sosial müdafiə
2 Mart , 2015 16:02
Keçən ay 142-Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 7 903 müraciət daxil olub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 7 216-sı, yəni 91,3 faizi ƏƏSMN-in fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub və nazirliyin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Qalan 687 müraciətdə isə ayrı-ayrı vətəndaşların bu və ya digər hüquqlarının müəyyən edilməsi məsələləri, təklif və şikayətləri əksini tapıb və onlar araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə son bir ayda "142-Çağrı mərkəzi"nə daxil olan 7 903 müraciətin 43%-i sosial təminat, 24,97%-i əmək qanunvericiliyi, 13,32%-i nazirliyin elektron xidmətlərindən, 11,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,41%-i məşğulluq və istifadə məsələləri ilə bağlı olub. ƏƏSMN tərəfindən vətəndaşların müraciətlərinin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi