Keçən ay istehsalatla əlaqəli 8 bədbəxt hadisə qeydə alınıb

Keçən ay istehsalatla əlaqəli 8 bədbəxt hadisə qeydə alınıb Dövlət Əmək Müfəttişliyi Xidməti təhqiqat işləri aparıb
Sosial müdafiə
4 Mart , 2015 11:49
Keçən ay istehsalatla əlaqəli 8 bədbəxt hadisə qeydə alınıb

Bakı. 4 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin fevral ayında istehsalatla əlaqəli 8 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 2,6 dəfə azdır. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2014-cü ilin fevral ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 5 nəfər dünyasını dəyişsə də, bu ilin fevral ayında belə hadisələr nəticəsində ölüm halı ümumiyyətlə qeydə alınmayıb. Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 2,3 dəfə azalaraq cəmi 8 nəfər təşkil edib.

Həmçinin, ötən ilin fevral ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb. "İstehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılıb və qanunauyğun tədbirlər görülüb", - nazirliyin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi