BMT: İyirmi ölkədə hər il ən azı 70 min vətənsiz uşaq dünyaya gəlir

BMT: İyirmi ölkədə hər il ən azı 70 min vətənsiz uşaq dünyaya gəlir BMT mövcud hesabatı hazırlamaq üçün 250-dən artıq vətənsiz uşaq və onların ailələri ilə görüşüb
Sosial müdafiə
3 Noyabr , 2015 16:54
BMT: İyirmi ölkədə hər il ən azı 70 min vətənsiz uşaq dünyaya gəlir

Bakı. 3 noyabr. REPORT.AZ/ "Dünyada hər 10 dəqiqədən bir vətənsiz bir körpə dünyaya gəlir". "Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Vətənsiz Uşaqlar" adlı hesabatında qeyd olunub.

BMT mövcud hesabatı hazırlamaq üçün 250-dən artıq vətənsiz uşaq və onların ailələri ilə görüşüb: "7 ölkədə keçirilən görüşlərdə həmin uşaqların bir çoxu özünü "dəyərsiz, tənha, kiminsə kölgəsində yaşayan, küçə iti" kimi hiss etdiklərini bildiriblər. Məhz bu vəziyyət onların psixologiyasına mənfi təsir göstərir".

Hesabata görə, müxtəlif səbəblərdən vətənlərindən didərgin düşən insanların yaşadığı 20 ölkədə hər il ən azı 70 min vətənsiz uşaq dünyaya gəlir: "Ümumilikdə isə dünyada hər 10 dəqiqədən bir vətənsiz körpə doğulur. 30-dan çox ölkədə doğum şəhadətnaməsi olmayan vətənsiz uşaqlar səhiyyə xidmətlərindən yararlana bilmir. Eyni zamanda, ən azı 20 ölkədə vətənsiz uşaqlara peyvənd vurulmur".

Son xəbərlər

Orphus sistemi