İnam Kərimov "ASAN xidmət" mərkəzlərinə daxil olan şikayətlərə münasibət bildirib

İnam Kərimov "ASAN xidmət" mərkəzlərinə daxil olan şikayətlərə münasibət bildirib "Müraciətlərin 0,16 faizini şikayətlər təşkil edir"
Sosial müdafiə
6 May , 2016 18:15
İnam Kərimov ASAN xidmət mərkəzlərinə daxil olan şikayətlərə münasibət bildirib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinə daxil olan şikayətlərə münasibət bildirib.

"Report"un məlumatına görə, İ.Kərimov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib ki, "ASAN xidmət" mərkəzlərində xidmətlər 10 dövlət qurumu tərəfindən təşkil olunur: "Yəni xidməti həmin qurumlar və onların əməkdaşları göstərirlər. Vətəndaşların 98%-i bu xidmətlərdən razıdır. Qalır iki faiz, bu iki faizin hamısı şikayətlərdən ibarət deyil. Müraciətlərin 0,16 faizini şikayətlər təşkil edir ki, bunları da əsaslı və əsassız olaraq kateqoriyalara bölmüşük. Təbii ki, hər bir şikayət əsaslı və əsassız olmağından asılı olmayaraq, diqqətlə araşdırılmalıdır". 

İ.Kərimov qeyd edib ki, şikayətlərə "ASAN xidmət" və onun tərkibində xidmət göstərən dövlət qurumları ilə birgə baxılır.

Son xəbərlər

Orphus sistemi