İnam Kərimov: "ASAN Kommunal" mərkəzləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərəcək"

İnam Kərimov: "ASAN Kommunal" mərkəzləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərəcək" "Kommunal ödənişlər "ASAN Kommunal"da göstərilən xidmətlərin kiçik bir hissəsidir"
Sosial müdafiə
6 May , 2016 17:31
İnam Kərimov: ASAN Kommunal mərkəzləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərəcək

Bakı. 6 may. REPORT.AZ/ "ASAN Kommunal" mərkəzləri həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərəcək".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

O bildirib ki, bu xidmətin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Sədr qeyd edib ki, kommunal ödənişlər "ASAN Kommunal"da göstərilən xidmətlərin kiçik bir hissəsidir: “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə aid olan bütün müştəri xidmətləri "ASAN Kommunal"da həyata keçiriləcək. Yəni ilkin olaraq qeyd olunan 3 qurumun göstərdiyi xidmətlər həyata keçiriləcək, sonra isə qarşılıqlı razılaşma əsasında digər kommunal xidmətlər də "ASAN Kommunal" mərkəzlərində təqdim ediləcək".

Son xəbərlər

Orphus sistemi