Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində
Daxil olan müraciətlərin 47 171-də (92,9%) qeyd olunan sahələrlə bağlı vətəndaşların sorğuları cavablandırılıb. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin mütəxəssisləri aydın şəkildə hüquqi izahatlar verib. Qalan 3 589-da (7,7%) əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlər əksini tapıb və onlar araşdırılaraq tədbir görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla aidiyyəti struktur bölmələrinə göndərilib.
Qeyd edək ki, "142- Çağrı mərkəzi" həftənin bütün iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətlərini cavablandırır. Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün - 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır.