​Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

​Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib Müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və s. çoxluq təşkil edibb
Sosial müdafiə
25 Avqust , 2015 19:03
​Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

Bakı. 25 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 25-də Sumqayıt şəhəri, Qubadlı rayon təhsil şöbəsində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, qəbulda bu rayonlardan 32 ərizəçi öz problemləri ilə bağlı müraciət edib. H.Hüseynova onların problemlərini dinləyərək bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer tutur.

Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi