Hicran Hüseynova Qubada fəal qadınlarla görüşəcək

Hicran Hüseynova Qubada fəal qadınlarla görüşəcək Hicran Hüseynova Quba rayonunda vətəndaşları qəbul edəcək
Sosial müdafiə
12 İyul , 2016 10:50
Hicran Hüseynova Qubada fəal qadınlarla görüşəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Quba rayonunda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyul ayının 15-də saat 11:00-da rayonun Heydər Əliyev mərkəzində keçiriləcək.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər. Onların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər problemlərlə bağlı qaldırdıqları məsələlərə baxılacaq. 

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Quba rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzularla bağlı müzakirələr aparılacaq. 

Son xəbərlər

Orphus sistemi