​Heydər Əliyev Fondu məktəblərə 10 min çanta və dərs ləvazimatı paylayıb

​Heydər Əliyev Fondu məktəblərə 10 min çanta və dərs ləvazimatı paylayıb Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir
Sosial müdafiə
11 Sentyabr , 2014 18:00
​Heydər Əliyev Fondu məktəblərə 10 min çanta və dərs ləvazimatı paylayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu 2014-2015-ci tədris ili ərəfəsində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə paylayıb.

Bu barədə Report-a Fonddan məlumat verilib.

Xatırladaq ki, Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.

Son xəbərlər

Orphus sistemi