Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib Kursa 21 nəfər qatılıb
Sosial müdafiə
23 May , 2016 16:52
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib

Bakı. 23 may. REPORT.AZ/ Quba rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin (RİİB) daxil olan müraciət əsasında valideyn himayəsindən məhrum uşaqlar üçün peşə yönümlü kurslar təşkil olunub.

RİİB-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri tərəfindən nəzəri və praktik dərslər keçirilib. Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub.

İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət mövzusunda əsərlər üzərində çalışıblar. Kursu bitirən şagirdlərin əl işlərinin sərgiyə təqdim edilməsi planlaşdırılır.

İnternat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və elektrotexnik peşəsini seçib. 

Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb.

Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib.

Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir. 

Son xəbərlər

Orphus sistemi