Gənclər və idman nazirinin Qubada vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Gənclər və idman nazirinin Qubada vətəndaşları qəbulunun vaxtı dəyişdirilib Yanvarın 18-də Quba rayonunda keçirilməsi nəzərdə tutulan qəbul fevral ayının 12-nə keçirilib
Sosial müdafiə
27 Yanvar , 2016 12:57
Gənclər və idman nazirinin Qubada vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun Qubada vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 18-də Quba rayonunda keçirilməsi nəzərdə tutulan qəbul fevral ayının 12-nə keçirilib. 

Nazirlikdən bildirilib ki, görüş fevralın 12-də saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində olacaq. Görüşdə Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi