Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb

Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb Şuraya nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir
Sosial müdafiə
24 Fevral , 2016 13:15
Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb. Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin və onun tabeliyindəki qurumun məsul şəxslərinin daxil olduğu şuraya sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.

Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 3 Fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasını təmin etmək məqsədi ilə yaradılıb. Gənclər və idman nazirinin 15 fevral 2016-cı il tarixli Sərəncamı ilə Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Son xəbərlər

Orphus sistemi