​Gəncə şəhərində uşaq evinə yardım kampaniyasına start verilib

​Gəncə şəhərində uşaq evinə yardım kampaniyasına start verilib “Onların kimsəsi bizik” layihəsi gələn il dekabrın 26-dək davam edəcək
Sosial müdafiə
27 Dekabr , 2014 16:54
​Gəncə şəhərində uşaq evinə yardım kampaniyasına start verilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Gəncə regional ofisi Gəncə şəhərində yeni sosial kampaniyaya start verib.

"Report"un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən kampaniyanın əsas məqsədi uşaq evində yaşayan uşaqlara yardım göstərmək, onların cəmiyyətdə mövcud olan sosial problemlərinin həllində iştirak etmək və layiqli yer tutmalarına şərait yaratmaqdan ibarətdir.

Kampaniya çərçivəsində Gəncə Uşaq Evində GTM tərəfindən uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə əyləncəli proqram təşkil edilib. Tədbiri giriş sözü ilə açan GTM-nin regional ofisinin rəhbəri Aygün Həsənzadə tədbirin mahiyyəti, son illər ərzində ölkə başçısı tərəfindən həyata keçirilən sosial proqramlar haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, "Maccoffe"nin Gəncə bölməsinin rəhbəri Rövşən Ələkbərov çıxış edib.

Uşaq evindən çıxan gənclərin peşəkar bacarıq əldə etməsi, gənclərin məşğulluğunun təmin olunması, gələcək həyatlarını sağlam əsaslar üzərində qurmalarına nail olmaq məqsədilə həyata keçiriləcək “Onların kimsəsi bizik” layihəsi çərçivəsində fərdi inkişaf, biznes, nitq inkişafı, psixoloji və digər mövzularda təlimlər, görüşlər və düşərgələr təşkil olunacaq.

Qeyd edək ki, layihə gələn il dekabrın 26-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi