Gənc jurnalistlər üçün yeni layihəyə başlanılıb

Gənc jurnalistlər üçün yeni layihəyə başlanılıb Üç gün davam edəcək təlimdə 30 gənc jurnalist iştirak edir
Sosial müdafiə
23 Sentyabr , 2016 14:01
Gənc jurnalistlər üçün yeni layihəyə başlanılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Gənc jurnalistlərin maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.

"Report"un xəbərinə görə, üç gün davam edəcək təlimdə 30 nəfər gənc jurnalist iştirak edir. Layihə iştirakçıları gənc olmalarına və jurnalistika sahəsində təhsili olmasına görə seçiliblər.

Layihənin ilk günündə hüquqşünas Tağı Tağızadə və media eksperti Elvin Şirinli tərəfindən ilkin təlimlər keçirilib. Jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyllər barədə məlumat verilib və Azərbaycanda qanunvericilik və təcrübədə tətbiqi ilə bağlı məsələlərə toxunulub. 

Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, “Gənc jurnalistlərin maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi