Fövqəladə hallar naziri Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb

Fövqəladə hallar naziri Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb Kəmaləddin Heydərov: "Rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı üçün son illər görülən işlərin bəhrə verib"
Sosial müdafiə
11 Fevral , 2016 20:57
Fövqəladə hallar naziri Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb

Bakı. 11 fevral. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodu, piano və lift istehsalı fabrikləri, iri heyvandarlıq kompleksləri və soyuducu anbarlar, quşçuluq təsərrüfatları, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilib və bunun nəticəsində minlərlə sakin daimi işlə təmin olunub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları vardır. O, iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə edib. Rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı üçün son illər görülən işlərin bəhrə verdiyini və bu istiqamətdə işlərin davam etdiyini bildirib.

Müzakirələrə yekun vuran nazir diqqəti torpaqlardan səmərəli istifadə edilməsinin, ixracyönümlü məhsul istehsalının artırılmasının vacibliyinə yönəldib. 

Qeyd olunub ki, rayonun böyük resursları var və burada müasir infrastruktur yaradılıb. Bu potensialdan səmərəli istifadə edilməklə üzümçülük, tütünçülük, taxılçılıq və heyvandarlıqda əsaslı irəliləyişə nail olmaq mümkündür. Qəbələdə gəlir gətirən və büdcəyə böyük vəsaitlər ödəyən turizm və istehsal obyektləri, iri fermer təsərrüfatları fəaliyyət göstərir. Bütün bunlar rayonun dövlət büdcəsindən asılılığın azaldılması və özünümaliyyəşdirmə üçün geniş imkanlar yaradır. Nazir mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edərək, görüşdə səslənən müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi