​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək Qəbulda Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq
Sosial müdafiə
12 May , 2015 20:26
​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Bakı. 12 may. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov mayın 15-də Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Milli Olimpiya Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdam Rayon Milli Olimpiya Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi