Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində baxış keçirib

Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində baxış keçirib Hərbi hissədə insan hüquqlarının müdafiəsi vəziyyəti araşdırılıb
Sosial müdafiə
2 Aprel , 2015 14:54
Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində baxış keçirib

Bakı. 2 aprel. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul nümayəndəsi Elşad İbrahimovla birgə FHN-in Mülki Müdafiə Qoşunlarının Şamaxı rayonundakı “N” saylı hərbi hissəsində plan üzrə baxış keçirib. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissədə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissənin bütün obyektlərinə, o cümlədən kazarmaya, tibb hissəsinə, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, tibbi xidmətlərin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb. Onlar respublikada hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi