Əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində rəsmi qurumun səlahiyyətlərində dəyişiklik olunur

Əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində rəsmi qurumun səlahiyyətlərində dəyişiklik olunur Hadı Rəcəbli: "Bürokratik problemlər yaranırdı"
Sosial müdafiə
16 Sentyabr , 2016 13:20
Əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində rəsmi qurumun səlahiyyətlərində dəyişiklik olunur

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində dəyişiklik olunur.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisarın aparılması müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, maddənin göstərilən hissəsində əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanın yoxlayaraq təsdiq edəcəyi siyahıdan “peşə və vəzifələri” sözləri çıxarılır.

Komitə sədri Hadi Rəcəbli deyib ki, bu ixtisarın aparılmasına səbəb bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir, çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı.

Layihə plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi