Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarının sayı açıqlanıb

Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarının sayı açıqlanıb Belə hallar əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verir
Sosial müdafiə
18 May , 2015 14:32
Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarının sayı açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 1 631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz azdır. 

"Aparılan təhlillər nəticəsində belə halların əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub", - məlumatda bildirilib.

Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 65,9 faizi (261 066 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 32,5 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi