Əmək pensiyalarının artırılmasına ildə 210 milyon manatdan artıq vəsait sərf olunacaq

Əmək pensiyalarının artırılmasına ildə 210 milyon manatdan artıq vəsait sərf olunacaq Elman Mehdiyev bu gün Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb
Sosial müdafiə
6 Fevral , 2016 14:49
Əmək pensiyalarının artırılmasına ildə 210 milyon manatdan artıq vəsait sərf olunacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan "Report"a bildirilib ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun sosial-iqtisadi inkişafı, icra olunan çoxsaylı layihələr, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni iş yerləri barədə məlumat verib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxışında qeyd edib ki, cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Prezidenti tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub: "Əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq.

Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət etsək, bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir". 

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından irəli gələn vəzifələrdən danışan Elman Mehdiyev bildirib ki, əhalinin gəlir əldə etmək imkanlarının daha da genişləndirilməsi və iqtisadi islahatların sosial müdafiə tədbirləri ilə tamamlanması əsas prioritetlərdəndir.

Son xəbərlər

Orphus sistemi