Əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad ediləcək

Əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad ediləcək Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Sosial müdafiə
18 Aprel , 2016 15:49
Əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad ediləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi