DSMF sədri Yevlaxda vətəndaşları qəbul edəcək

DSMF sədri Yevlaxda vətəndaşları qəbul edəcək Qəbul mayın 15-də fondun Yevlax şəhər şöbəsinin inzibati binasında olacaq
Sosial müdafiə
8 May , 2015 10:41
DSMF sədri Yevlaxda vətəndaşları qəbul edəcək

Bakı. 8 may. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 15-də fondun Yevlax şəhər şöbəsinin inzibati binasında Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalıdan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların mayın 15-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi