Elman Mehdiyev: "Vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub"

Elman Mehdiyev: "Vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub" Prosesin reallaşdırılması qanunvericiliyin təsdiqindən sonra mümkün olacaq
Sosial müdafiə
4 Mart , 2016 16:42
Elman Mehdiyev: Vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub

Bakı. 4 mart. REPORT.AZ/ "Azərbaycanda vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Soaial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev vurğulayıb ki, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir: "Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi imkanların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur".

DSMF sədri bildirib ki, Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır: "Birinci müstəvi dövlətin sığorta pensiya sisteminin Dövlət Sosial Müdafiə Fondunun bu fəaliyyətlə məşğul olması üçün qanunvericiliyin hazırlanması məsələsidir. Qanun lahiyəsinin ilkin variantını artıq yekunlaşdırmışıq. İkinci məsələ isə maliyyə bazarının digər subyektləri - özəl pensiya fondları tərəfindən bu fəaliyyətin reallaşdırılmasıdır. Bütün hallarda Azərbaycanda yığım komponentinin tətbiqi könüllü sosial sığortalanma hesabına formalaşdırılacaq. Real yığım sisteminin fərqi odur ki, toplanan pullar real pul vəsaitləri olacaq və maliiyə bazarında yerləşdirilməklə artırılacaq. Yalnız bundan sonra pensiyaların məbləğinə əlavə ediləcək. Burada müəyyən risklər də var. Hazırda sosial sığorta hissəsinə pensiya kapitallarının təminatçısı dövlətdir”.

E.Mehdiyev qeyd edib ki, prosesin reallaşdırılması qanunvericiliyin təsdiqindən sonra mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi