Elman Mehdiyev 5 rayonun sakinlərini qəbul edəcək

Elman Mehdiyev 5 rayonun sakinlərini qəbul edəcək Qəbul sentyabrın 22-də Lerik şəhərindəki Mədəniyyət Evində baş tutacaq
Sosial müdafiə
15 Sentyabr , 2015 10:22
Elman Mehdiyev 5 rayonun sakinlərini qəbul edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 22-də Lerik şəhərindəki Mədəniyyət Evində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçiriləcək qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi