Bakı. 13 aprel. REPORT.AZ/ "Prezident
Onun sözlərinə görə, sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 800 manat məbləğində birdəfəlik yardım göstərilib: "Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 17 539 nəfər təşkil edir".
DSMF sədri əlavə edib ki, müharibə iştirakçılarına verilən maddi yardımların MDB üzrə ən yüksək göstəricisi Azərbaycanda qeydə alınıb: "Belə ki, Azərbaycan manatı ilə ifadə etsək, bu məbləğ Belarusda təxminən 740, Rusiyada 138, Qazaxıstanda 570, Özbəkistanda isə 295 manat təşkil edir".
E.Mehdiyev onu da qeyd edib ki, DSMF 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib.