Əli Əhmədov Tərtərə gedib, aprel döyüşlərindən sonra görülən işlərlə tanış olub - FOTO

Əli Əhmədov Tərtərə gedib, aprel döyüşlərindən sonra görülən işlərlə tanış olub - FOTO Baş nazirin müavini: "Gərək Tərtərə qəhrəman şəhər deyək"
Sosial müdafiə
28 May , 2016 13:34
Əli Əhmədov Tərtərə gedib, aprel döyüşlərindən sonra görülən işlərlə tanış olub - FOTO

Tərtər. 28 may. REPORT.AZ/ "Aprel hadisələrində Azərbaycan Ordusu ilə yanaşı, Tərtər sakinləri qəhrəmanlıq nümayiş etdirdilər. Bu hadisələr bir daha onu göstərdi ki, tərtərlilər öz torpaqlarını qorumaq üçün hər cür fədakarlığa hazırdırlar".

“Report”un Qarabağ bürosunun xəbərinə görə, bunu mayın 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər edən baş nazirin müavini Əli Əhmədov sakinlərlə görüşündə deyib. 

O qeyd edib ki, son döyüşlərdə tərtərlilərin göstərdiyi şücaət Azərbaycan hərbçilərinin cəsarətini daha da artırdı: "Sözün həqiqi mənasında Tərtər sakinləri qəhrəmanlıq nümunələri göstərdilər. Gərək Tərtərə qəhrəman şəhər deyək".

Ə.Əhmədov bildirib ki, aprel döyüşləri zamanı cəbhəboyu kəndlərə dəyən ziyanın aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında müvafiq tədbirlər həyata keçirilir: “Biz bu gün cəbhə xəttinə yaxın yerləşən bütün kəndlərə baş çəkəcəyik, vəziyyətlə tanış olacağıq, görülən işlərin gedişatı ilə maraqlanacağıq. Ziyan dəyən bütün evlər təmir olunacaq və hətta əvvəlkindən daha yaxşı şəraiti olacaq. Hesab edirəm ki, həmin evlərdə yaşayanlar heç bir əziyyət çəkməyəcəklər".

Son xəbərlər

Orphus sistemi