Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edəcək Qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək
Sosial müdafiə
19 May , 2015 20:18
Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edəcək

Bakı. 19 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi