Səlim Müslümov: "Ölkədə sabitliyin mövcud olması əhalinin sürətli artımına təkan verib"

Səlim Müslümov: "Ölkədə sabitliyin mövcud olması əhalinin sürətli artımına təkan verib" "Əhalinin gəlirləri və sosial şəraitin yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir”
Sosial müdafiə
24 Dekabr , 2014 13:43
Səlim Müslümov: Ölkədə sabitliyin mövcud olması əhalinin sürətli artımına təkan verib

Bakı. 24 dekabr. REPORT.AZ/ “Ölkədə sabitliyin mövcud olması əhalinin sürətli artımına təkan verib. "Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “İnkişafın 10 ili - 2004-2014” adlı konfransında deyib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illəri ilə müqayisədə hazırda əhalinin artımı 26 faiz təşkil edir: "2003-2013-cü illər arasında 16 faiz artım olub. Əhalinin sayı 9, 6 milyon təşkil edir. Əgər artım bu sürətlə davam edərsə, 2020-ci illərdə bu rəqəm 12 milyonu ötəcək. Əhalinin gəlirləri və sosial şəraitin yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir”.
Nazir bildirib ki, Azərbaycanda sosial münasibətlər istənilən cəmiyyətin təzadlarla dolu münasibətlərini tənzimləyir: “Cəmiyyətdə sərfəli əməklə məşğul olan, müxtəlif yerlər tutan ayr-ayrı fərdlər arasında yaranan münasibətlər məcmusu kimi də qəbul olunur. Ölkədə formalaşan sosial rifah sistemi cəmiyyətdə mövcud olan sağ, sol və mərkəzçi qüvvələr arasında yaranan ziddiyyətli münasibətləri tənzimləyir. Prezident İlham Əliyevin formalaşdırdığı sosial iqtisadi kompleks və idarəetmə forması Azərbaycanı sosial baxımdan inkişafına və beynəlxalq aləmdə nüfuzunun artmasına təkan verib".

S.Müslümov deyib ki, Azərbaycanın sürətlə inkişaf etmiş dövlətlər sırasına daxil olması, həm sosial, həm də iqtisadi paramaterlər baxımından həmin dövlətlərlə bərabər səviyyəyə çatmasında mühüm rol oynayıb.

Son xəbərlər

Orphus sistemi