ƏƏSMN yanında İctimai Şuraya seçkilərdə qalib olmuş şəxslərin adları açıqlanıb - SİYAHI

ƏƏSMN yanında İctimai Şuraya seçkilərdə qalib olmuş şəxslərin adları açıqlanıb - SİYAHI 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai Şura yaradılıb
Sosial müdafiə
29 Sentyabr , 2015 11:50
ƏƏSMN yanında İctimai Şuraya seçkilərdə qalib olmuş şəxslərin adları açıqlanıb - SİYAHI

Bakı. 29 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib. Nazirlikdən "Report"a verilən xəbərə görə, qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə tam şəffaf şəraitdə rellaşan seçkilərdə qurum yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai Şura yaradılıb.

Tədbirdə çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri nazirlik yanında İctimai Şuranın formalaşmasını ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndiriblər.

Xatırladaq ki, "İctimai iştirakçılıq haqqında" qanuna əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdə qalib olmuş namizədlər bu şəxslərdir:

1. Mahmudov Müqalib Bədəl oğlu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi analitik sektorunun baş məsləhətçisi.
2. Rəhimli Davud Səid oğlu Azərbaycan Respublikası “Əlil Təşkilatlatları İttifaqı” (ƏTİ)nın sədri.
3. Quliyev Nazir Yunis oğlu “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyin sədri.
4. Nuriyev Əliməmməd Mali oğlu “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti.
5. Qasımov Cavad İmamqulu oğlu ”İstedadlı Əlillər” İctimai Birliyinin sədri.
6. Rəhimova Məhluqə Gülməmməd qızı Azərbaycan “Əlil Qadınlar” cəmiyyətinin prezidenti.
7. Əliyev Mayis Nəbi oğlu ”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri.
8. Mirzə Məmməd-Vəliyev Ağamurad oğlu “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri.
9. Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin İcraçı- direktoru.
10. Zeyni Rauf Xurşud oğlu Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti.
11. Hüseynova Gülnarə Alxas qızı “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası”nın prezidenti.
12. Ağamalıyev Rövşən Həmid oğlu “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri.
13. Rizazadə İradə Bağır qızı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri.
14. Həsənov Məmmədhəsən Murad oğlu ”Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri.
15. Sultanova Yeganə Teymur qızı “Azərbaycan Diabet Liqası”nın sədri.

Son xəbərlər

Orphus sistemi