​ƏƏSMN sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayını açıqlayıb

​ƏƏSMN sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayını açıqlayıb Bu ilin 6 ayında sosial xidmət müəssisələrindən 37 nəfər şəxs doğma ailə mühitinə qayıdıb
Sosial müdafiə
15 İyul , 2016 18:51
​ƏƏSMN sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayını açıqlayıb

Bakı. 15 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində iyulun 1-nə olan məlumata görə 1050 nəfər tam dövlət təminatında yaşayır.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, həmin şəxslərdən 316 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayırlar. 18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər nazirliyin aidiyyəti psixonevroloji internat evlərində yerləşdiriliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğısı sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayan şəxslərin hərtərəfli təminatlarının gücləndirilməsinə də şərait yaradıb. Son illərdə bu müəsissələrdə müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, Müharibə və əmək əlilləri üçün pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti mövcuddur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Qeyd olunan müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə bu tədbirlərin nəticəsi kimi, sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi