ƏƏSMN QHT-lər üçün müsabiqə elan edib

ƏƏSMN QHT-lər üçün müsabiqə elan edib Nazirliyin İctimai Şurasının yeni tərkibinin formalaşdırılması üçün 9 nəfərdən ibarət komissiya yaradılıb
Sosial müdafiə
13 İyul , 2015 16:42
ƏƏSMN QHT-lər üçün müsabiqə elan edib

Bakı. 13 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni tərkibdə İctimai Şura formalaşdırılacaq. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məqsəd nazirliyin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, eləcə də qurumun fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.  

Şuranın təşkili məsələləri ilə bağlı ƏƏSMN-də 9 nəfərdən ibarət Komissiya yaradılıb. Müvafiq sahədə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatları iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin komissiyaya müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Bununla əlaqədar ətraflı məlumat nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "İctimai Şura" bölməsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi