ƏƏSMN: Bu il 2485 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

ƏƏSMN: Bu il 2485 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib Həmin insanlardan 287 nəfəri əlilliyi olan şəxslərdir
Sosial müdafiə
18 Avqust , 2016 16:11
ƏƏSMN: Bu il 2485 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-iyul aylarında  2291 vətəndaşı, o cümlədən 93 nəfər əlilliyi olan şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Bu barədə "Report"a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilən gənclərin sayı isə 194 nəfər təşkil edib. Beləliklə də, ümumilikdə 2 485 nəfər şəxs qeyd edilən kurslara cəlb edilib ki, onlardan 287 nəfəri və ya 11,5 faizi əlilliyi olan insanlardan ibarət olub. Dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə sertifikatlar verilib.

Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların, idarə və müəssisələrin nümayəndələrinin, yuxarı sinif şagirdlərinin, habelə onların valideynlərinin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilib. Qeyd olunan dövrdə əksərən yuxarı sinif şagirdlərindən ibarət 63 203 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Son xəbərlər

Orphus sistemi