Ədliyyə naziri Neftçalada vətəndaş qəbulu keçirəcək

Ədliyyə naziri Neftçalada vətəndaş qəbulu keçirəcək Qəbulda Neftçala, Salyan və Biləsuvar rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq
Sosial müdafiə
11 Mart , 2016 19:45
Ədliyyə naziri Neftçalada vətəndaş qəbulu keçirəcək

Bakı. 11 mart. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov martın 16-da Neftçala rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a Ədliyyə Nazirliyininmətbuat xidmətindən məlumat verilib.

Qəbulda Neftçala, Salyan və Biləsuvar rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Neftçala rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34A) keçiriləcək.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Neftçala rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi