​Ədliyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib

​Ədliyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib Fikrət Məmmədov yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə də tanış olub
Sosial müdafiə
28 Avqust , 2015 18:19
​Ədliyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir və Naftalan şəhərləri, Yevlax və Goranboy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək ölkə Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi