​Ədliyyə naziri Gədəbəy rayonunda vətəndaşlarla görüşüb

​Ədliyyə naziri Gədəbəy rayonunda vətəndaşlarla görüşüb Səfər zamanı ədliyyə naziri Gədəbəydə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti ilə tanış olub
Sosial müdafiə
24 İyun , 2016 19:15
​Ədliyyə naziri Gədəbəy rayonunda vətəndaşlarla görüşüb

Bakı. 24 iyun. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov iyunun 24-də Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşlarla görüş keçirib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri Gədəbəydə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, amnistiya qərarının və cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı edilən yeni dəyişikliklərdən irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunması üzrə və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi