Bakı. 9 mart. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 13-də Ağdaş rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 12:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yanı) keçiriləcək.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.