DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək Qəbul qurumun Sumqayıt şəhər şöbəsinin inzibati binasında baş tutacaq
Sosial müdafiə
11 Fevral , 2016 10:22
DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı. 11 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 18-də Sumqayıtda sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək. 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, qəbul qurumun Sumqayıt şəhər şöbəsinin inzibati binasında baş tutacaq.

Qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə bilər. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-un [email protected] elektron poçt ünvanı ilə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq. 

Son xəbərlər

Orphus sistemi