DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək Qəbul Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq
Sosial müdafiə
2 İyul , 2015 10:47
DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 2 iyul. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev iyulun 8-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək. Bu barədə "Report"a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi