Bakı. 9 dekabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qəbələdə sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək. Fonddan "Report"a verilən məlumata görə, sədrin qəbulu dekabrın 16-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində olacaq.
Qəbulda Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edə bilər.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.