​DSMF sədri gələn həftə Xaçmazda bölgə sakinləri ilə görüşəcək

​DSMF sədri gələn həftə Xaçmazda bölgə sakinləri ilə görüşəcək Görüşdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edə bilər
Sosial müdafiə
16 Yanvar , 2015 11:04
​DSMF sədri gələn həftə Xaçmazda bölgə sakinləri ilə görüşəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də Xaçmaz rayonunda bölgə sakinləri ilə görüşəcək.

"Report"un DSMF-yə istinadən verdiyi xəbərə görə, görüş saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında keçiriləcək. Fondun sədri Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin rəsmi saytında qeyd olunan elektron poçt ünvanı və telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi